Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR.
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
27°C Bakı

Messidən daha bir rekord

04 İyul 2026, 14:56 0 baxış
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin son oyunlarından sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.

AXEBER.COM FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Avstraliya millisi növbəti dəfə mundialın pley-offunda məğlub olub.

Komanda dünya çempionatlarının pley-off mərhələsində keçirdiyi dördüncü görüşdə də qalib gələ bilməyib. Avstraliyalılar daha əvvəl 2006-cı ildə İtaliyaya (1:2), 2022-ci ildə Argentinaya (1:2), bu dəfə isə Misir millisinə uduzaraq uğursuz seriyanı davam etdiriblər.

Argentina millisinin kapitanı Lionel Messi isə növbəti rekorda imza atıb. 39 yaşlı hücumçu dünya çempionatlarının pley-off mərhələsində qol vuran ən yaşlı Cənubi Amerika futbolçusu olub. O, bununla da 1954-cü ildə İngiltərəyə qarşı matçda 36 yaşında fərqlənən uruqvaylı Obdulio Varelanın rekordunu geridə qoyub.

Kolumbiya millisi isə dünya çempionatında keçirdiyi dörd oyundan üçündə hesabı açan tərəf olub. Yalnız Portuqaliya ilə qolsuz başa çatan görüşdə buna nail ola bilməyib.

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə