Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR.
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
24°C Bakı

Yayın ortasında 5 metr QAR YAĞDI

28 İyun 2026, 13:37 0 baxış

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda iyun ayının son günlərində qar təmizləmə işləri davam edir.

"Ölkə.az" Türkiyə mediasına istinadla xəbər verir ki, Vilayət Xüsusi İdarəsi tabeliyindəki Yüksekova Tikinti Sahəsi Müdirliyinin qrupları rayon mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən İkiyaka dağlarındakı Sat Göllərinə gedən yolu açmaq üçün işlər görür.

Qarın qalınlığının 5 metrə çatdığı ərazidə işləyən qruplar ağır texnikalarla qar dəhlizləri yaradırlar.

Dik və kələ-kötür ərazi səbəbindən zaman-zaman uçqun təhlükəsi ilə üzləşən qruplar yolu mümkün qədər tez açmağa çalışırlar.

Mənbə: https://olke.az/

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə