Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR.
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
24°C Bakı

Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma

02 İyul 2026, 20:29 0 baxış

Dünən Tehranda İranın ali rəhbəri Müctəba Xameneinin həyat yoldaşı Zəhra Həddad Adillə vida mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə Zəhra Həddad Adilin atası, Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri, İran parlamentinin keçmiş sədri Qulaməli Həddad Adil, ailə üzvləri və bir sıra digər şəxslər iştirak ediblər. Ancaq Müctəba Xamenei və ona yaxın şəxslərin mərasimə qatılmadığı bildirilir.

Xameneinin mərasimdə görünməməsi onun həyatda olmaması və ya ağır yaralı vəziyyətdə olması ilə bağlı iddiaların yenidən gündəmə gəlməsinə səbəb olub.

Qeyd edək ki, Zəhra Həddad Adil fevralın 28-də ABŞ və İsrailin İranın mərhum ali rəhbəri Əli Xameneyinin iqamətgahına endirdiyi hücum zamanı həlak olub.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə