Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR.
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
24°C Bakı

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşub: Xeyli sayda yaralı var - ADLAR

28 İyun 2026, 14:08 0 baxış

Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 28.06.2026-cı il tarixində saat 9 radələrində 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Xəsarət alan şəxslərin siyahısı:

Həcər Əli qızı Həsənova (1989-cu il təvəllüdlü);

Raidə Bəxtiyar qızı İmanova (1984-cü il təvəllüdlü);

Minarə Elnur qızı Babayeva (2011-ci il təvəllüdlü);

Hüseyn Pərviz oğlu İmanov (2018-ci il təvəllüdlü);

Nərgiz Əmrah qızı Hacıyeva (1966-cı il təvəllüdlü).

Mənbə: https://oxu.az/

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə