Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR.
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
21°C Bakı

Jurnalistin oğurlanmış pulları özünə qaytarıldı

02 İyul 2026, 22:40 0 baxış
Kiberdələduzların qurbanı olmuş Əməkdar jurnalist Ləman Ələşrəfqızının oğurlanmış 600 manat məbləğində vəsaiti özünə qaytarılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, sosial media hesabında bildirib. 

"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq", - deyə aparıcı yazıb.

Qeyd edək ki, Ləman Ələşrəfqızı bu pulu kiberdələduzlar tərəfindən teleqram nömrələri ələ keçirilmiş Ümid Partiyasının sədri İqbal Ağazadənin adından edilən saxta müraciətlərə aldanaraq onun hesabına köçürmüşdü.
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə